Ekvador millisinin heyətində DÇ-2026-da çıxış edən Nilson Anqulo klub karyerasında dəyişikliyə yaxındır.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti” və “Mançester Yunayted”in skautları 23 yaşlı vingerin adını mundialın 3-cü turunun Almaniyaya(2:1) qarşı görüşündəki performansına görə transfer siyahısına daxil ediblər.
“Sanderlend”ə məxsus olan Anqulonun müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. Transfer dəyəri 17 milyon avro olan Anqulo “LDU Kito”, “Anderlext”də oynadıqdan sonra “Sanderlend”ə keçmişdi.
