"Neftçi" Sloveniyaya 27 futbolçu ilə yollandı

09:17 - 29 İyun 2026

"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı üçün heyətini açıqlayıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Yuri Vernidub siyahıya 27 futbolçunun adını daxil edib.

Qapıçılar: Emil Balayev, Rza Cəfərov, Nurəziz Əzizov, Mehdi Həsənov, Kenan Piriç

Müdafiəçilər: Rüfət Abbasov, Elvin Bədəlov, Murad Xaçayev, Endryu Qravilyon, Məhəmməd Məmmədli, İqor Ribeyro, Falaye Sako, Mustafa Sek, Aslan Şirinov;

Yarımmüdafiəçilər: Elvin Camalov, Sessi Dalmeyda, Qustavo Klisman, Emin Mahmudov, İfeanyi Metyu, Emil Səfərov, Andrey Ştoqrin;

Hücumçular: Breno Almeyda, İmad Faraj, Alessio Kurçi, Ağadadaş Salyanski, Bassala Sambu, Lyubomir Tupta

Xatırladaq ki, “Neftçi” Sloveniyada təlim-məşq toplanışı bu gün başlayır və 14 iyula qədər davam edəcək.

Xəbər xətti