"Yaxşı sınaq idi, gənc oyunçularımız da çox yaxşı oynadılar" - "Ferentsvaroş"un məşqçisi "Sabah"la görüş haqda

11:34 - 29 İyun 2026

Macarıstanın “Ferensvaroş” klubunun məşqçisi Leandro de Almeyda Avstriyada təlim-məşq toplanışı zamanı "Sabah"a qarşı keçiririlmiş yoldaşlıq oyununda 1:1 hesablı heç-heçə ilə bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Almeyda “Sabah” barədə bunları deyib:

"Bu, yaxşı sınaq idi. Məşqdə tətbiq etdiyimiz taktiki tapşırıqlar və ideyalar üzərində işlədik. Əlbəttə ki, hələ də təkmilləşdirməli olduğumuz bəzi məqamlar var. Amma bu matç futbolçuların harada inkişaf etməli olduqlarının çox yaxşı təsdiqi oldu. Gənc oyunçular da komandaya çox yaxşı inteqrasiya oldular, çox yaxşı oynadılar, fürsətdən yararlandılar və onlara etibar edilə biləcəyini göstərdilər. Ümid edirik ki, "Qarabağ"la növbəti oyun (1 iyul) daha yaxşı olacaq və oyunçular baş məşqçinin nə istədiyini daha yaxşı başa düşəcəklər”.

Xəbər xətti