Karlo Ançelotti Neymarın Yaponiya millisi ilə oyunda niyə meydana çıxmadığını izah edib.
Sportal.az xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində Braziliya Qabriel Martinellinin ikinci hissəyə əlavə olunmuş 5-ci dəqiqədə vurduğu qol sayəsində Yaponiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. "Santos"un hücumçusu Neymar isə bütün görüşü ehtiyat oyunçular skamyasında keçirib. O, bu dünya çempionatında yalnız Şotlandiya ilə matçda (3:0) 76-cı dəqiqədə əvəzetmədən meydana çıxıb.
“Biz Neymarı əlavə vaxt üçün qoruyurduq. Onunla danışmışdım, 60 və ya 65-ci dəqiqədə meydana çıxa bilərdi. Hesabı bərabərləşdirdikdən sonra isə komandanın oyun strukturunu dəyişməməyə qərar verdim, çünki matça nəzarət edirdik.Əgər oyun əlavə vaxta getsəydi, Neymar bizim üçün çox vacib silah ola bilərdi.
Həm meydanda, həm də ehtiyat oyunçular skamyasında çoxlu seçimimiz var və futbolçularımızın fərdi keyfiyyətlərinin yüksək olması sevindiricidir. Biz bunun qədrini bilməliyik. Bu, çox məsuliyyətli oyun idi. Yaponiya çox yaxşı təşkilatlanmış və asan rəqib olmayan komandadır”, – deyə Ançelotti bildirib.
saytlarin hazirlanmasi
