"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp Almaniyanın DÇ-2026-da mübarizəsini dayandırmasından sonra məşqçi karyerasını bərpa etməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Sportal.az "Magenta TV"yə istinadən xəbər verir ki, alman mütəxəssis bu haqda düşünmədiyini deyib:
"Hələ bu barədə düşünməmişəm. Adımın çəkildiyini başa düşürəm. Amma indi bu barədə danışmağın vaxtı deyil. Çünki doğru olmazdı".
Almaniya millisi 1/32 final mərhələsində Paraqvaya məğlub olaraq mübarizədən kənarda qalıb. Millinin hazırkı baş məşqçisi Yulian Nagelsmann istefa vermək planının olmadığını açıqlayıb.
