Milli komandalarımızın məşqçi heyətində dəyişikliklər

15:57 - 30 İyun 2026

Qızlardan ibarət U-15 və U-17 milli komandalarımızın məşqçi heyətində dəyişikliklər edilib.

Sportal.az yeni təyinatları nəzərinizə çatdırır:

U-15 milli komanda:
Baş məşqçi – Rövşən Qasımov (həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək)
Köməkçi məşqçi – Manə Mollayeva (A millinin futbolçusu) 
Qapıçılar üzrə məşqçi – Günay İsmayılova (A millinin qapıçısı)

Qeyd: U-15 milli komandanın köməkçi məşqçisi Samirə Aşırova ilə yollar ayrılıb.
 
U-17 milli komanda:
Baş məşqçi – Xanlar Əliyev (həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək) 

Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.

Xəbər xətti