İtaliya klubu futbolçusu üçün 80 milyon avro tələb edir

15:14 - 30 İyun 2026

"Komo"nun yarımmüdafiəçisi Martin Baturina karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" xorvatiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

İtaliya klubu Baturinə üçün 80 milyon avro tələb edir. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə "Bavariya" və "Aston Villa" da yaxından maraqlanır.

Qeyd edək ki, "Komo" Martin Baturinanı 2025-ci ilin yayında Zaqreb "Dinamo"sundan 18 milyon avroya transfer edib. Xorvatiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 34 rəmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti