Rumıniya millisinin sabiq üzvü "Şəfa"da

17:41 - 1 İyul 2026

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şəfa” ilk legioner transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Vlad Marian Pop heyətinə qatıb. Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad son olaraq “Unirea Sloboziya”nın formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatea Krayova” və “Mioveni” kimi klublarda da çıxış edib.


Xəbər xətti