"Arsenal" PSJ-nin vingeri Bredli Barkolaya marağını artırıb. Buna səbəb futbolçunun bu yay transferə açıq ola biləcəyi ilə bağlı siqnalın alınmasıdır.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, London klubunun nümayəndələri DÇ-2026-nın 1/16 finalında keçiriləcək Fransa-İsveç oyununu tribunadan izləyəcək və Barkolanın çıxışını yaxından qiymətləndirəcəklər.
Fransalı futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Paris klubu Barkolanın oyun vaxtından narazı olmasına baxmayaraq, onu satmaq niyyətində deyil.
Bundan əlavə, PSJ-də hesab edirlər ki, futbolçunun bazar dəyəri müzakirə olunan məbləğlərdən xeyli yüksəkdir. Klubun fikrincə, Barkola Elliot Anderson üçün "Mançester Siti" ödəyəcəyi 116 milyon funt sterlinqdən də baha qiymətləndirilməlidir.
saytlarin hazirlanmasi
