"Neftçi"də satış rekordu qeydə alındı

20:34 - 30 İyun 2026

“Neftçi” PFK-nın rəsmi mağazasında satış rekordu qeydə alınıb.

Sportal.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

2025/26 mövsümündə 7837 ədəd məhsul satılıb. Bunlardan 1374-ü rəsmi oyun formasıdır. Bu göstərici klub tarixində rekorddur.

Klub azarkeşlərə təşəkkür edib.

Xəbər xətti