"Tottenhem" rekord transferə hazırlaşır

21:25 - 30 İyun 2026

Premyer Liqanı tərk edən "Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeş İngiltərədə klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Tottenhem" portuqaliyalı futbolçunun keçidini həll edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Tottenhem" Fernandeş üçün onun klubuna 96 milyon avro təzminat ödəyəcək. Bu, klub tarixinin rekord göstəricisidir.

Qeyd edək ki, "Vest Hem" Mateuş Fernandeşi 2025-ci ilin yayında "Sauthempton"dan 44 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsüm Premyer Liqada meydana çıxdığı 36 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbər xətti