Türkiyə millisinin müdafiəçisi "Trabzonspor"da - RƏSMİ

15:32 - 1 İyul 2026

"Rizespor"la müqaviləsi başa çatan Samet Akaydın Super Liqada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu "Trabzonspor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Samet Akaydın 2025-ci ilin yanvarından "Rizespor"da çıxış edirdi. Təcrübəli mərkəz müdafiəçisi 2025/26 mövsümündə Super Liqa təmsilçisinin heyətində 30 rəsmi matçda 4 qol və 2  məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti