"Arsenal"dan "Portu"ya 17 milyon avroluq transfer

20:14 - 1 İyul 2026

"Portu" "Arsenal"dan icarəyə götürdüyü Yakub Kivyorun transfer hüquqlarına yiyələnib.

Sportal.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Klub polşalı mərkəz müdafiəçisi üçün 17 milyon avroluq satınalma bəndini işə salıb. 26 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Portu" Yakub Kivyoru 2025-ci ilin yayında icarəyə götürmüşdü. Polşa millisinin üzvü "əjdahalar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti