"Mançester Siti"dən 135 milyon avroluq transfertr

17:53 - 2 İyul 2026

"Mançester Siti" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer liqa nəhəngi "Nottingem Forest"dən Elliot Andersonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mançester Siti" Elliot üçün onun klubuna 135 milyon avro təzminat ödəyəcək. 23 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Nottingem Forest" Elliot Andersonu 2024-cü ilin yayında "Nyukasl"dan 41 milyon avroya transfer etmişdi. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti