İspaniya millisinin sabiq üzvü karyerasını başa vurdu

17:23 - 2 İyul 2026

Santi Kazorla futbolçu karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Kazorla 41 yaşında peşəkar futbolla vidalaşıb. Onun son klubu yetirməsi olduğu "Ovyedo" olub.

Qeyd edək ki, Santi Kazorla karyerası ərzində "Vilyarreal", "Rekreativo", "Malaqa", "Arsenal" və "Əl-Sədd"də də oynayıb. Təcrübəli futbolçu İspaniya millisinin heyətində meydana çıxdığı 81 rəsmi matçda 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, yığma komanda ilə iki dəfə Avropa çempionu olub.

Xəbər xətti