İngiltərənin "Nyukasl" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Hoffenhaym"da çıxış edən Bazumana Turenin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Nyukasl" Fil Dişi Sahili milli komandasının üzvü üçün Almaniya klubuna 50 milyon avro təzminat ödəyəcək. 20 yaşlı vinger yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Hoffenhaym" Bazumana Tureni 2025-ci ilin fevralında "Hammarbü"dən 10 milyon avroya transfer edib. Gənc futbolçu 2025/26 mövsümündə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
