"Beşiktaş" və "Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu

14:50 - 2 İyul 2026

Türkiyəli müdafiəçisi İsmail Köybaşı karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, bu barədə futbolçunun son olaraq formasını geyindiyi "Göztepe" klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli sol cinah müdafiəçisi 36 yaşında peşəkar futbolla vidalaşmaq qərarı verib.

Qeyd edək ki, İsmail Köybaşı "Qaziantep"in yetirməsidir. O, karyerası ərzində "Beşiktaş", "Fənərbaxça", "Qranada", "Rizespor" və "Trabzonspor"da çıxış edir. Futbolçu Türkiyə milli komandasının heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti