Mikels Premyer Liqa klubuna keçə bilər  - bölgə təmsilçisi onunla maraqlanır

17:22 - 5 İyul 2026

Başa çatan mövsümü “Karvan-Yevlax”da keçirmiş Coy-Slayd 2026/2027 mövsümü də Azərbaycanda başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqamızdan ona maraq göstərən klubların sayı az deyil.

Onlardan biri “Şamaxı”, digəri “Kəpəz”dir. Hər iki bölgə təmsilçisi Mikels üçün irəli təklif sürüb. 32 yaşlı futbolçu hazırda azad agent statusunu daşıyır.

Ruanda yığmasının üzvü “Aarau”, “Strommen”, “Allemaniya Ahen”, “Rödinqhauzen” kimi klublarda çıxış edib.

Mikelsin özü də yeni mövsümdə Premyer Liqamızda çıxış etmək niyyətindədir.
 

Xəbər xətti