Milli komandamızın futbolçusu Rahil Məmmədov yenidən ölkə xaricinə yollana bilər.
Sportal.az saytına verilən məlumata görə, “Araz-Naxçıvan”dan yeni ayrılan Məmmədov Rumıniyanın “Otselul” klubunun diqqətini çəkib.
2010-2011-ci illərdə ölkəsinin çempionu olmuş Qalatsi təmsilçisi bu yay onun keçidini həll etməyə cəhd göstərəcək.
Hazırda azad agent statusu daşıyan Rahilin hansı seçimi edəcəyi bəlli deyil. Məsələ burasındadır ki, “Şəfa”nın da Məmmədovu heyətinə qatacağı iddia edilirdi.
Xatırladaq ki, 30 yaşlı müdafiəçi “Neftçi”, “Səbail”, “Qarabağ”, “Zirə”, “LKS Lodz”, “Radomiak” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi
