Portuqaliya klubunda oynamış vinger "Kəpəz"ə keçir

14:18 - 7 İyul 2026

"Kəpəz" transfer çalışmalarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisinin heyətinə qatmaq istədiyi futbolçulardan biri ötən mövsümü “Mingəçevir”də keçirmiş Kennet Kalunqadır.

Zambiyalının yeni mövsümə Gəncə klubunda başlaması an məsələsidir.

Qeyd edək ki, 29 yaşlı vinger “Qomes”(Zambiya), “Esmoriz”, “Uniao Lamas”, “Branko”, “Kova Piedade”, “Lusitano”, “Vianenese”, “Ovarense”(hamısı Portuqaliya) klublarının formasını geyinib. 

Xəbər xətti