"İmişli" heyətini gənc və perspektivli qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.
Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı Premyer Liqa klubu ilə 2 illik müqavilə imzalayıb.
Sadiq peşəkar futbol karyerasına "Səbail"də başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra "Qarabağ"ın əsas komandasına qoşulan qapıçı, son mövsümü icarə əsasında "Difai" klubunda keçirib.
saytlarin hazirlanmasi
