Roberto Martines Portuqaliya milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssisin iyulun sonunda başa çatan müqaviləsinin müddəti artırılmayacaq.
Qeyd edək ki, Roberto Martines 2023-cü ilin yanvarından Portuqaliya yığmasını çalışdırırdı. Onun rəhbərlik etdiyi kollektiv 1/8 finalda İspaniyaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi
