"Seltik" Duran üçün "Qarabağ"a növbəti təklifi göndərdi - daha yüksək təzminat

14:35 - 6 İyul 2026

Şotlandiyanın “Seltik” klubu "Qarabağ"ın hücumçusu Kamilo Durandan əl çəkmək istəmir.

Sportal.az xəbər verir ki, Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalını öz heyətinə qatmaq üçün təkliflər göndərir.

“Seltik" əvvəllər təxminən 4,5 milyon manat təklif etmişdi, lakin Ağdam klubu bununla razılaşmamışdı.

Yeni təklif isə “Seltik”in əvvəlkindən təklifindən təxminən 30 faiz daha yüksək olacaq. Kolumbiyalı ötən yaydan bəri Ağdamda oynayır və bütün yarışlarda 15 qol vurub.

Xəbər xətti