1/8 final matçıöncəsi Fransa millisində ciddi itki

22:22 - 4 İyul 2026

Fransa millisinin yarımmüdafiəçisi Aurelien Tçuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay yığmasına qarşı oyunu buraxacaq.

Sportal.az xəbər verir ki, “Real”ın futbolçusu cümə günü məşqi budun yaxınlaşdırıcı əzələsində ağrılar səbəbindən vaxtından əvvəl dayandırmışdı. Tçuameni Fransa növbəti mərhələ çıxacağı təqdirdı həmin matçı da buraxmaq ehtimalı var.

MRT müayinəsindən sonra futbolçuda kiçik zədələnmə aşkar olunub. Ona minimum bərpa müddəti lazım olsa da, mümkün 1/4 finalda iştirakı hələlik sual altındadır.

Tçuameninin növbəti matça hazır olub-olmayacağı ilə bağlı yekun qərarı Fransa millisinin tibbi heyəti birbaşa oyundan əvvəl verəcək.

Xəbər xətti