"Zirə"nin qapıçısı Aydın Bayramov Sportal.az saytına açıqlama verib.
O, komandasının Türkiyədəki toplanışından bəhs edib: "Toplanış yaxşı gedir. Konfrans Liqasına hazırlığın əsas mərhələsini də burada keçirik. Bakıya qayıtdıqdan sonra oyun həftəsinə girəcəyik. Yoxlama görüşləri də keçirmişik. Hansısa yorğunçuluq yoxdur. Çünki yetərincə istirahət etmişik. Hər şey normaldır. Yorğunçuluqdan söz gedə bilməz”.
Bayramov Konfrans Liqasının təsnifat mərhələsinin 1-ci raundunda “Torpedo”ya(Kutaisi) qarşı keçiriləcək görüşdən gözləntilərini bölüşüb: "Bu, avrokubok matçıdır, Konfrans Liqasıdır, burada münasib və ya zəif rəqib olmur. Qarşımıza çıxacaq komandaya görə hazırlaşıb, qələbə qazanmaq istəyirik. "Torpedo" özü də güclü, yaxşı komandadır. Onları da analiz edib, oyuna hazırlaşacağıq. “Torpedo”nu belə özümüz üçün analiz etmişik, oyunlarına baxmışıq. Bilirik ki, indi Gürcüstanda çempionat davam edir. Çempionatlarının davam etməsi bir tərəfdən onlar üçün yaxşıdır. Onlar daha hazır və daha formadadırlar. Çünki hər həftə rəsmi oyunlar oynayırlar. Ümumilikdə, onlar üçün daha üstün cəhətdir”.
Mirbağırağa
