"Marsel"də çıxış edən Meyson Qrinvud "Roma" və "Fənərbaxça"dan sonra daha bir klubun transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, "Atletiko" da ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Madrid nəhəngi 24 yaşlı futbolçu üçün Fransa klubunun tələb etdiyi 55 milyon avronu ödəməyə hazırdır.
Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən 26 milyon avroya transfer edib. İngiltərə millisinin sabiq üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 26 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
