"Milan"ın Leao planı - DÇ-2026-dan sonra qərar veriləcək

22:39 - 2 İyul 2026

"Milan" Rafael Leaonu yalnız müəyyən şərtlər daxilində buraxmağa hazırdır.

Sportal.az xəbər verir ki, mayın sonunda Portuqaliya millisinin vingeri "rossoneri"dən ayrılacağını açıqlamışdı.

Milan klubu Leaonun transfer dəyərini 60-70 milyon avro arasında qiymətləndirir. Klub rəhbərliyi futbolçunun gələcəyini DÇ-2026 başa çatdıqdan sonra onunla müzakirə edəcək.

Leao ötən mövsüm Serie A-da 29 matçda meydana çıxaraq 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti