Premyer Liqada baş məşqçi istefası

11:17 - 3 İyul 2026

İngiltərənin "Nottingem Forest" klubu baş məşqçi Vitor Pereyra ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Vitor Pereyra bu ilin fevralında "Nottingem Forest"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Premyer Liqada 2025/26 mövsümünü 44 xalla 16-cı pillədə  başa vurub.

Xəbər xətti