"Parma" 23 yaşlı müdafiəçi Franko Karbonini "İnter"dən birdəfəlik transfer edib.
Sportal.az xəbər verir ki, "Parma"nın yaydığı açıqlamada bildirilir ki, Franko Esekiel Karboni ilə 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Karboni 2026-cı ilin yanvarında "Parma"ya icarə əsasında qoşulmuşdu və bu müddətdə "callyoblu"nun heyətində 7 oyuna çıxmışdı.
Müdafiəçi futbol təhsilini "Lanus" və "Kataniya" akademiyalarında alıb. O, 2020-ci ilin yanvarında "İnter"ə keçib. Milanda 2021/22 mövsümündə gənclər arasında İtaliya çempionluğunu qazanıb.
Daha sonra Karboni müxtəlif klublarda çıxış edib: "Kalyari","Monza" (məhz burada Serie A-da debüt edib), "Ternana", "Venesiya" və "Empoli".
saytlarin hazirlanmasi
