Fransa millisi 1/8 final mərhələsinin oyununa ciddi itki ilə çıxacaq

12:30 - 4 İyul 2026

Fransa milli komandası DÇ-2026-nın 1/8 final mərhələsinin Paraqvayla matçına ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Orelyen Çuameni komandaya kömək edə bilməyəcək. Bu barədə "RMC Sport" nəşri məlumat yayıb.

"Real"ın yarımmüdafiəçisi bud əzələsindən zədə alıb. 26 yaşlı futbolçu təxminən 4-5 gün yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Paraqvay - Fransa qarşılaşması bu gecə Filadelfiyada keçiriləcək və Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.

Xəbər xətti