"Komandanın Konfrans Liqasında liqa mərhələsinə düşməsi də mümkündür" - "Neftçi"nin sabiq forvardı

18:22 - 3 İyul 2026

“Neftçi” də transfer bazarında aktiv olan komandalardandır. Görünür ki, yeni mövsüm daha da güclü olmaq istəyirlər. Konfrans Liqasında rəqibləri də münasibdir. Təbii ki, hər şey mümkündür. "Neftçi" qarşısına çıxa biləcək “Dinamo”nu da, “Sileks”i də keçə bilər”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”nin veteran Branimir Subaşiç deyib. “Ağ-qaralar”ın keçmiş hücumçusu komandanın Konfrans Liqasında əsas mərhələyə qədər irəliləyəcəyinə inandığını bildirib:

"Hər halda, “Neftçi” uzun müddətdən sonra avrokuboklarda uğurlu çıxış edəcək. Məncə, liqa mərhələsinə də düşmək mümkündür. Yəqin ki, onlar da bunu istəyir. Ümidvaram ki, hər şey onlar üçün yaxşı alınar".

O, vaxtı ilə komanda yoldaşı olduğu Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə”nin də avrokuboklardakı şanslarını dəyərləndirib. Subaşiçin fikrincə, “Zirə” “Torpedo” ilə görüşlərdə uğur qazana bilər:

"Zirə" də yaxşı komandadır, artıq bir neçə mövsümdür ki, avrokuboklarda uğurlu çıxış edirlər. "Torpedo" isə zəif rəqib deyil. Təbii ki, "Zirə" bu mərhələni keçə bilər. Amma asan olmayacaq. Çünki heyətdə bəzi ayrılıqları olub. Komandadan bəziləri gedib, düzdür, yeni oyunçular da gəlib. Gürcü futbolçular, Gürcüstan komandaları yaxşı olurlar. Amma istənilən halda Rəşadın komandasını yeni mövsümə yaxşı hazırlayacağından əminəm. İnanıram ki, onun komandası da mərhələ adlayacaq".

Mirbağırağa
 

Xəbər xətti