Argentina milli komandası DÇ-2026-nın 1/16 finalında Kabo-Verdəni əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, son dünya çempionlarının kapitanı Lionel Messi oOyun başa çatdıqdan sonra komandasının çıxışını dəyərləndirib:
"Komandamız həmişə mübarizə aparır və sona qədər də belə olacaq. Standart vəziyyətlər bizim üçün çox vacib idi. Rəqibin cərimə meydançasındakı mübarizə də həlledici rol oynadı.
Artıq bir müddətdir ki, məşqlərdə bunun üzərində işləyirik. Heyətimizdə hava toplarında yaxşı oynayan kifayət qədər oyunçumuz var.
Xətlərimiz bir-birindən çox aralı olduğu üçün kompakt şəkildə təzyiq göstərə bilmədik. Bir qədər nizamsız idik. Rəqiblər isə hər zaman bizdən bir nəfər artıq olmaqla mövqe tuturdular. Onlara effektiv təzyiq göstərə bilmədiyimiz üçün bizi çox qaçmağa məcbur etdilər.
Kabo-Verdə çox çətin rəqibdir. Onların İspaniya və ya Uruqvaya uduzmaması təsadüfi deyil. İndi turnirdə pley-off mərhələsidir, ona görə də heç kim heç kimə güzəştə getmir. Xüsusilə bu dünya çempionatında komandaların nə qədər bərabər səviyyədə olduğu hiss olunur. Hər oyun son dərəcə çətindir. İndi biz səhvlərimizi düzəltməliyik".
Qeyd edək ki, Argentina yığması növbəti matçını iyulun 7-si, Bakı vaxtı ilə saat 20:00-da Atlantada Misirə qarşı keçirəcək.
saytlarin hazirlanmasi
