PSJ-nin hücumçusu Randal Kolo Muani İtaliyaya qayıda bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" fransalı forvardı transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
A Seriyası nəhəngi Kolo Muani ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Yuventus" 27 yaşlı futbolçu üçün PSJ-yə 30 milyon avroluq təklif göndərib. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Randal Kolo Muani 2025/26 mövsümündə icarə əsasında "Tottenhem"də çıxış edib. Fransa millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçu 2024/25 mövsümünün ikinci yarısında "Yuventus"un formasını geyinib.
saytlarin hazirlanmasi
