“Turan Tovuz”un forvardı Jo Batişta hələ ki yeni mövsümlə bağlı konkret qərarını verməyib. Əslində, komanda avrokuboklara vəsiqə qazandığından braziliyalı hücumçu “Turan Tovuz”un heyətində Konfrans Liqasının matçlarını oynamaq üçün yeni mövsümə də Azərbaycanda qalmaq istəyirdi. Lakin komandanın Avropaya buraxılmamasından sonra Batiştanın fikrində dəyişiklik olub.
Sportal.az saytına verilən məlumata görə, 31 yaşlı futbolçu Yaponiyanın “Yokohama Marines” klubundan gələn təklifi geri çevirib.
Portuqaliya Superliqasında yarışan klubların da transfer siyahısında yer alan Jonun hansı qərarı verəcəyi yaxın günlərdə bəlli olacaq. Onun “Turan Tovuz”la müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.
