"Əl-Nəsr"in yeni baş məşqçisi bəlli oldu

12:55 - 4 İyul 2026

Jorjee Jezusla yollarını ayıran "Əl-Nəsr"in yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini Anqe Postekoqlu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Avstraliyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Anqe Postekoqlu son olaraq UEFA-da analitik kimi çalışıb. 60 yaşlı məşqçi 2024/2025 mövsümündə "Tottenhem"lə UEFA Avropa Liqasının qalibi olub.

Xəbər xətti