"130 milyon funt-sterlinq edəcəyimə əmin deyiləm"

17:56 - 4 İyul 2026

"Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers "Arsenal"ın maraq dairəsində olduğu bir vaxtda klubunun onu 130 milyon funt-sterlinq dəyərində qiymətləndirməsi ilə bağlı xəbərlərə reaksiya verib.

Sportal.az xəbər verir ki, ​23 yaşlı futbolçu transfer dəyəri haqqında düşünmədiyini və kənar informasiyalara fikir verməməyə çalışdığını bildirib:

​"Bu qədər edəcəyimə əmin deyiləm. Əlbəttə, insanlardan belə sözlər eşitmək xoşdur. Lakin kənar səs-küyün mənə təsir etməsinə imkan vermirəm. Sadəcə diqqətimi cəmləməyə və özüm olmağa davam edəcəyəm".

​Xatırladaq ki, daha əvvəl "Arsenal"ın Rocersi bu yay əsas transfer hədəflərindən biri kimi gördüyü bildirilirdi. Klubu İngiltərə millisinin üzvünü 130 milyon funt-sterlinq dəyərində qiymətləndirir.

Qeyd edək ki, ​Morqan Rocers 2025/26 mövsümündə "Aston Villa"nın heyətində bütün turnirlərdə 55 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

Xəbər xətti