Klopp Almaniya millisi üçün danışıqların getdiyini təsdiqlədi

16:24 - 4 İyul 2026

"Liverpul" və Dortmund "Borussiya"sının keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya millisinin DÇ-2026-dakı uğursuzluğundan sonra komandanın sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərləri şərh edib.

Sportal.az xəbər verir ki, hazırda "Red Bull" şirkətində çalışan 59 yaşlı mütəxəssis federasiya ilə danışıqlar apardığını təsdiqləyib:

​"Bəli, danışıqların aparıldığını təsdiq edə bilərəm. Proses olduqca sürətli getdi. Yulian Naqelsman istefa verib. Almaniya Futbol İttifaqı xələf axtarır və mənimlə də danışıqlar aparırlar. ​Təyinatım üçün daha nə etmək lazımdır? Gözləmək. "Red Bull" ilə müqaviləm var. Bildirdim ki, danışıqlarda maraqlıyam. Bu, intensiv bir proses olacaq. ​Hazıram. Danışıqlar başlayan kimi insan düşüncəsi sürətlə işləməyə başlayır. Vəziyyəti kökündən dəyişməliyik".

​Xatırladaq ki, Kloppun baş məşqçi kimi son iş yeri 2024-cü ilin yayında ayrıldığı "Liverpul" olub. Almaniyalı mütəxəssis oktyabr ayından etibarən "Red Bull" şirkətində qlobal futbolun inkişafı şöbəsinə rəhbərlik edir.

Xəbər xətti