"Komo" "Çelsi"nin futbolçusunu transfer etmək istəyir

22:43 - 4 İyul 2026

"Komo" Trevoh Çaloba transferi üçün "Çelsi"yə yeni təklif göndərəcək.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 26 yaşlı müdafiəçi üçün 30 milyon avro + 5 milyon avro bonus təklif etməyə hazırlaşır. Yeni təklifin bazar ertəsi və ya çərşənbə axşamı təqdim olunacağı bildirilir.

Bundan əvvəl London klubu Çalobanı 28+2 milyon avro qarşılığında satmaqdan imtina etmişdi.

Çaloba ötən mövsüm Premyer Liqada 34 oyunda iştirak edib və 3 qol vurub.

Xəbər xətti