Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İslandiyanın “Vestri” klubu birinci divizionunda (ikinci dərəcəli liqa) 12-ci turun oyununu keçirib.
Sportal.az xəbər verir ki, “Vestri” “Qrindavik”lə qolsuz heç-heçə edib.
İslandiya komandası hazırda 21 xalla öz liqasında dördüncü yerdədir.
Xatırladaq ki, "Qarabağ" və "Vestri" arasında oyunlar 9 və 16 iyul tarixlərində keçiriləcək.
