35 yaşlı braziliyalı futbolçu Balotelli ilə eyni komandada

00:50 - 5 İyul 2026

Duqlas Kosta "Əl-İttifaq" klubuna keçib.

Sportal.az xəbər verir ki, “Şaxtyor”, "Bavariya" və "Yuventus"un sabiq yarımmüdafiəçisi olan 35 yaşlı futbolçu bundan sonra BƏƏ-nin ikinci liqasında çıxış edən komandada oynayacaq.

Qeyd olunur ki, həmin klubun heyətində Mario Balotelli də çıxış edir.

Kostanın son klubu İtaliya 4-cü liqasında oynayan "Kyevo Verona" olub. O, burada yarım mövsüm keçirib.

Xəbər xətti