Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının DÇ-2026-da 1/8 final mərhələsində Paraqvay üzərində 1:0 hesablı qələbəsini şərh edib.
Sportal.az xəbər verir ki, fransız mütəxəssis paraqvaylıların kobud oyunlarını tənqid edib:
"Asan oyun deyildi. Əgər şanslarımızdan birini qola çevirsəydik, matçın sonu daha sakit keçərdi. Paraqvaylılar hər cür fəndlərdən, kobudluqlardan istifadə edirlər. İnamıram ki, bu cür futbol azarkeşlər üçün xoş olsun. Amma biz diqqətimizi saxladıq və bu, asan deyil. Onların yaxşı müdafiə olunan fiziki cəhətdən güclü komandası var. Biz irəliyə doğru daha bir vacib addım atdıq. Cənubi Amerika komandalarına qarşı oynamaq həmişə çətindir, amma oyunçuların çətinliklərin öhdəsindən gəlməsinə çox şadam. 1 /4 finala yüksəldik və bundan həzz almalıyıq”.
