"Veres"in futbolçusu Kay Çipot Azərbaycanda oynaya bilər.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Neftçi" 25 yaşlı mərkəz müdafiəçisi "Veres"ə təklif irəli sürüb. Amma klublar arasında razılıq əldə olunmayıb.
Buna görə də Çipot hazırda "Veres"in heyətində məşqlərini davam etdirir. Sloveniyalı futbolçu 2025-ci ildə "Veres"ə keçib. O, 2028-ci i il iyunun 30-a qədər Ukrayna klubuna məxsusdur.
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Çipotu sərəncamında görmək istəyir. Ukraynalılar isə "Veres"dən 300 min avro təzminat tələb edib.
saytlarin hazirlanmasi
