Yunanıstan millisinin sabiq üzvü: "Təəssüf ki, heç bir klubunuzla anlaşa bilmədim"

13:55 - 5 İyul 2026

"Azərbaycanda işləməyə hazır idim. Təəssüf ki, alınmadı".

Sportal.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Yunanıstan millisinin sabiq futbolçusu Theofanis Gekas deyib.

Gekas ötən yay ölkəmizdə işləmək şansının olduğunu, ancaq danışıqların uğursuz yekunlaşdığını vurğulayıb:

"Təəssüf ki, heç bir klubunuzla anlaşa bilmədim. Əgər bir komandada işləsəydim, özümlə Yunanıstandan bir köməkçi gətirəcəkdim. Ölkənizdə işləməyi çox istəyirdim. "İmişli" məsələsi alınmadı".

O, hələ də təkliflərə açıq olduğunu qeyd edib.

Qeyd edək ki, Theofanis Gekas Yunanıstan millisinin heyətində 78 oyunda 24 qolla yadda qalıb.

Xəbər xətti