"Qarabağ"ın yeni transferi - VİDEO

09:49 - 6 İyul 2026

“Qarabağ”ın bu yay transferlərindən biri də Cebrail Makreçkisi oldu. Ağdam təmsilçisi latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzaladı. Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib. Cebrail “Qarabağ”a gələnə qədər 3 il “Ferentsvaroş”un formasını geyinib. Sportal.az onun əvvəlki klubunda göstərdiyi performans videosunu təqdim edir:

Xəbər xətti