"Mançester Yunayted" Andrey Santosu transfer etmək istəyir.
Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, "Çelsi"nin 22 yaşlı yarımmüdafiəçisinin dəyəri təxminən 50 milyon funt olaraq qiymətləndirilir.
Bildirilir ki, braziliyalı futbolçu “Çelsi”də Moises Kaysedo və Enzo Fernandez ilə rəqabətdə geri qalır. Klubun isə yeni baş məşqçi Xabi Alonsonun heyəti gücləndirmə planlarını həyata keçirmək üçün maliyyə vəsaitinə ehtiyacı var.
Santosun da müntəzəm oyun praktikası qazanmaq üçün “Stemford Bric”dən ayrılmağa hazır olduğu qeyd olunur. Onun durumunu həmçinin "Nyukasl" da izləyir. “Nyukasl” Sandro Tonalinin "Tottenhem"ə keçidindən sonra onun əvəzləyicisini axtarır.
Santos ötən mövsüm Premyer Liqada 27 matçda meydana çıxıb və 1 qol vurub.
saytlarin hazirlanmasi
