"Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq" - Kriştiano Ronaldo

22:58 - 5 İyul 2026

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportal.az xəbər verir ki, Ronaldo öz açıqlamasında bunları qeyd edib:

“Mən həmişə milliyə özümü tam verirəm və ona kömək etməyə hazıram. Oynayıb-oynamamağımdan asılı olmayaraq, komandada hər zaman vacib rolum olacaq.

Karyeramı siz istəyəndə yox, mən istəyəndə bitirəcəyəm. Bu sualı daim vermək vaxt itkisidir. İstəmirəm ki, bütün diqqət bu mövzuya yönəlsin. Ən vacib olan sabahkı matçdır”, – deyə Ronaldo bildirib.

Portuqaliya millisi 6 iyul saat 23:00-da DÇ-2026-nın 1/8 finalında İspaniya yığması ilə qarşılaşacaq.

Xəbər xətti