Neymar milli karyerasını başa vurdu

12:47 - 6 İyul 2026

Braziliya milli komandası DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə məğlub olub.

Sportal.az xəbər verir ki, Neymar bu görüşdə meydana 67-ci dəqiqədə daxil olub. 34 yaşlı vinger matçın 90+10-cu dəqiqəsində penaltidən "pentakampeonlar"ın təsəlli qolunu vurub.

​Neymar oyun başa çatdıqdan dərhal sonra milli karyerasını bitirdiyini açıqlayıb:

​"Çalışdım, həqiqətən də çalışdım. Lakin hər şey burada, "Metlayf" stadionunda başladı və burada da bitir. Hər şey sona çatdı".

​Xatırladaq ki, Neymar Braziliya milli komandasının heyətində 130 oyun keçirib, 80 qol vurub və 59 məhsuldar ötürmə edib.

Xəbər xətti