Cenk Tosun İstanbul klubu ilə anlaşdı

21:05 - 6 İyul 2026

"Fənərbaxça"dan ayrılan Cenk Tosunun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, azad agent statusunda olan 35 yaşlı hücumçu "Fatih Karagümrük"lə anlaşıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Təcrübəli forvard yaxın günlərdə I Liqada mübarizə aparan İstanbul klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Cenk Tosun 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Kasımpaşa"da çıxış edib. Türkiyə millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti