Haalandın atasından "Real" açıqlaması

20:14 - 6 İyul 2026

Mançester Siti"nin və Norveç yığmasının hücumçusu Erlinq Halandın atası Alf-İnge Haland oğlunun gələcəkdə "Real" a mümkün keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Sportal.az xəbər verir ki, o, 25 yaşlı forvardın İngiltərə klubunda xoşbəxt olduğunu deyib:

​"Digər klubların işi haqqında çox danışmaq istəmirəm. Erlinq "Mançester Siti"də xoşbəxtdir, onun uzunmüddətli müqaviləsi var. Lakin hər bir futbolçu "Real"da oynamaq istəyər".

​Mümkün transferlə bağlı dəqiqləşdirici suala isə o, belə cavab verib:

​"Bəlkə də, bəlkə də... Futbolda həmişə imkanlar var", - deyə DAZN Alf-İnge Halandın sözlərindən sitat gətirir.

​Bu sözlər Norveçin DÇ-2026-da Braziliyaya qarşı keçirdiyi və Erlinq Halandın dubl edərək komandasına 2:1 hesablı qələbə qazandırdığı matçdanaz əvvəl səslənib.

Xəbər xətti