Maaşının azaldılmasına razı oldu - yeni müqavilə imzalanacaq

18:20 - 7 İyul 2026

"Roma" ilə müqaviləsi başa çatan Paulo Dibala qərarını verib.

Sportal.az xəbər verir ki, argentinalı hücumçu İtaliya klubunda qalacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Dibala yaxın günlərdə klubla yeni müqavilə imzalayacaq. Yeni sözləşmədə 33 yaşlı futbolçunun maaşının azaldılması nəzərdə tutulub.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. Təcrübəli forvaard 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti